AZ

Bu halda kredit borcları silinə bilər

Bəzi hallarda banklar müxtəlif səbəblərlə bağlana bilər. Bəs bu zaman vətəndaşların həmin banka olan borcu silinir? İqtisadçı ekspert Günay Hüseynova Metbuat.az-a açıqlamasında bildirib ki, bankın bağlanması təkbaşına borcun silinməsi üçün əsas deyil. O qeyd edib ki, borcun silinməsi üçün xüsusi hallar olmalıdır və bu hallar da yalnız məhkəmə qərarı ilə həyata keçirilməlidir: “Qətnamədən sonra borcun silinməsi halları ola bilər. Bu kimi hallar praktikada yaşanmasa da, hökumət qərarı ilə də ola bilər. Yəni elə bir qanun çıxa bilər ki, bütün hər kəsin kredit borcu silinsin. Buna bənzər hallar olub. Belə ki, əgər şəxs Vətən Müharibəsində şəhid olubsa, borcu silinib”. İqtisadçının sözlərinə görə, “Bank haqqında” qanuna əsasən bank bağlanırsa, yəni özünü müflis elan edilibsə, onun bütün aktivləri, varlıqları dəyərləndirilir: “Daha sonra isə kredit portfeli hansısa banka və maliyə qurumunun öhdəliyinə verilir. Bu qərar da rəsmən media vasitəsi ilə açıqlanır. Vətəndaş ödəməli olduğu kredit məbləğini həmin bank və ya maliyə təşkilatına ödəyir. Hansısa bank müflis elan olunub bağlanırsa, vətəndaş elə bilməsin ki, borcları da silinəcək. Onun bank qarşısındakı öhdəlikləri, kredit götürərkən imza atdığı müqavilə qüvvədə qalır”.

Sevinc İbrahimzadə / Metbuat.az

Seçilən
71
1
metbuat.az

10Mənbələr