AZ

Ukraynaya 3,2 milyardlıq yardım təsdiqləndi

Avropa İttifaqı (Aİ) Ukraynaya milyardlarla avro ayırmağa razılaşıb. 

“Qafqazinfo” TASS xəbər verir ki, Aİ Şurası bu qərarı təsdiqləyib.

Belə ki, Avropa Dəstəyi Fondundan makromaliyyə yardımı kimi Ukraynaya 3,2 milyard avro ayrılacaq.

Ukrayna Milli Bankının (UMB) rəhbəri Andrey Pışnının sözlərinə görə, gələn il Ukraynanın xarici maliyyələşdirməyə ehtiyacı böyükdür. O, bildirib ki, 2026-cı ildə ölkənin Qərb tərəfdaşlarından təxminən 35 milyard dollar maliyyə yardımına ehtiyacı olacaq.

Hazırda yalnız 22 milyard dollarlıq xarici dəstəyin “təsdiqlənmiş mənbələri var” deyə Pışnı bildirib.

Seçilən
21
7
qafqazinfo.az

8Mənbələr