AZ

Azərbaycan ən böyük məqsədlərindən birinə nail olur - Vaşinqton zəfəri

Xəbər verdiyimiz kimi, bu gün Vaşinqtonda ABŞ prezidenti Donald Tramp Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanla üçtərəfli görüşü olacaq. 

"Unikal"ın məlumatına görə, bütün dünyanın diqqətinin yönəldiyi bu görüşdən mühüm gözləntilər var. 

ABŞ Prezidenti Donald Tramp artıq dünyaya sülh sazişi ilə bağlı mesajını da verib. 

"Mən Azərbaycan Prezidenti İlham Əliyevi və Ermənistanın Baş naziri Nikol Paşinyanı Ağ Evdə tarixi Sülh Sammiti üçün qəbul etməyi səbirsizliklə gözləyirəm", - deyə Ağ Ev rəhbəri bildirib. 

Vaşinqtonda imzalanması gözlənilən sülh müqaviləsinin paraflanması ilə Azərbaycan beynəlxalq müstəvidə düşmənlərini, xüsusən “Bu gün-sabah Azərbaycan Zəngəzuru tutacaq” deyib gecə-gündüz ölkəmizə iftira yağdıranların əlini-qolunu bağladı, onların arqumentlərini əllərindən aldı, beynəlxalq imicini daha da yaxşılaşdırdı.

Bundan əlavə, Zəngəzur dəhlizi məsələsi Prezident İlham Əliyevin dahi gedişlərindən biri idi. Aydındır ki, bu təşəbbüslə Laçın yoluna qarşı əks balansın yaradılması da nəzərdə tutulurdu. Ermənistan sadəlövhcəsinə düşünürdü ki, Azərbaycan Qarabağda öz məqsədlərinə tam nail olandan sonra Zəngəzur dəhlizini unudacaq, sakitləşəcək. Amma əksinə oldu. "Pacta sunt servanda" - necə deyərlər, söz danışıqdan keçər.

Təxminən 5 ilə qədərdir ki Ermənisan məsələni yubatmağa, “Sülh kəsişməsi” adlı utopik layihə irəli sürərək oyunbazlıqla məşğul olmasına baxmayaraq, Azərbaycan ən böyük məqsədlərindən birinə-Zəngəzur dəhlizinin açılmasına nail olur. “Tramp yolu” adlanmasına baxmayaraq, hamı başa düşür ki, söhbət məhz Zəngəzur dəhlizindən gedir. Azərbaycan ilk gündən təkid etdiyi maneəsiz gedişə nail olur.

Nuranə Abbasova 

Seçilən
45
50
unikal.az

10Mənbələr