AZ

Slovakiya və Azərbaycan payızda siyasi məsləhətləşmələr keçirəcək

Payızda Azərbaycan və Slovakiya arasında siyasi məsləhətləşmələr keçiriləcək.

Bu barədə Slovakiyanın Aİ məsələləri üzrə dövlət katibi Marek Eştok bildirib.

"Sentyabrda Bakıda siyasi məsləhətləşmələrin keçirilməsini səbirsizliklə gözləyirik", - o qeyd edib.

Diplomat həmçinin Ermənistanla sülh prosesində və hazırda Vaşinqtonda aparılan danışıqlarda Azərbaycana dəstəyini ifadə edib.

"Bu, on illərlə davam edən müaqişədən sonra sülhə doğru mühüm addımdır. Slovakiya növbəti addımları dəstəkləməyə hazırdır", - dövlət katibi əlavə edib.

“Cebheinfo.az”

Seçilən
104
4
cebheinfo.az

5Mənbələr