Turist dostlarının "ən pis" dediyi İspaniya bölgəsində tətil etdiyini və səyahəti zamanı onu ən çox heyrətləndirən şeyi bölüşü.
HİT.az xəbər verir ki, "Mirror" qəzeti üçün məqaləsində Keyt Lalli əri və oğlu ilə Palma-de-Malyorkada tətil etdiklərini yazıb.
Kurort seçərkən bir dostu onlara Palma-Novida qalmağı məsləhət görüb - billur kimi təmiz suyu, sakit mühiti və təxminən 20 dəqiqəlik məsafədə olan hava limanına yaxınlığı ilə. Lakin başqa bir dostu onu xəbərdar edib: "Bu, Magalufa çox yaxındır".
Lalli izah edir ki, Maqaluf uzun illərdir ancaq gecə həyatı üçün gələn sayısız turistə görə İspaniyanın "ən pis yerlərindən biri" kimi tanınır. Bununla belə, qadın tətil zamanı özünü saxlaya bilməyib və bu "dəhşətli yer"i öz gözləri ilə görmək qərarına gəlib. Gördükləri isə onu heyrətləndirib.
O, həqiqətən də şəhərdə çoxlu barın sıralandığını təsdiqləyir, günorta vaxtı isə orada demək olar ki, heç kimin olmadığını qeyd edir:
"Amma bu yoldan çimərliyə dönəndə heyrətə qaldım. Maqalufun sahil xətti nəfəs kəsici idi – bir neçə dəqiqə əvvəl gördüklərimdən tamamilə fərqli idi. İncə ağ qum və parlaq mavi su, rahat şəzlonglar, insanlar xalçaları sərir, yoqa edir və ya yola paralel idman yolunda yüngül qaçış edirdi. Düzünü desəm, bu gördüyüm ən gözəl çimərliklərdən biri idi".
Lalli qeyd edir ki, Maqaluf son zamanlar əhəmiyyətli dəyişikliklər yaşayıb: infrastrukturun modernləşdirilməsinə investisiyalar qoyulub və kurort ailələr üçün daha uyğun hala gəlib. Beləliklə, bu, tətil keçirmək üçün əla yerdir.
Samir