ABŞ Prezidenti Donald Trampın Prezident İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanla baş tutacaq tarixi görüşünə saatlar qalır.
Referans xəbər verir ki, “Report”un ABŞ-dakı rəsmi təmsilçisi Vüsalə Abbasova görüşlə bağlı son məlumatları izləyicilərlə bölüşüb.
O qeyd edib ki, Prezident İlham Əliyevin ABŞ-a işgüzar səfərində iki əsas prioritet var.
“Biri ABŞ ilə Azərbaycan arasında münasibətlərin tənzimlənməsi, gələcəyə dair bir çox məsələlərlə bağlı müzakirələrin aparılması və müəyyən olunmuş imzaların atılmasıdır. Digər məsələ isə sülh gündəliyidir”, – deyə o sözlərinə əlavə edib.
Ətraflı Baku TV-nin süjetində:
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta