Rusiya Prezidenti Vladimir Putin belaruslu həmkarı Aleksandr Lukaşenko ilə telefon danışığı aparıb.
Axar.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Telefon danışığında Putin ABŞ-ın xüsusi elçisi Stiven Uitkoffla təmaslarının nəticələri barədə telefonla məlumat verib.
"Belarus prezidenti məlumat üçün təşəkkür edib və Ukrayna böhranının sülh yolu ilə nizamlanmasına nail olmaq üçün göstərilən səyləri yüksək qiymətləndirib", - məlumatda bildirilib.