"Daha müharibə olmayacaq. Bizim övladlarımız artıq ölməyəcəklər. İqtisadiyyatımız nəfəs alacaq. Regiondakı bütün yollar və sərhədlər açılacaq. Dövlətimiz hər gün daha müstəqil və suveren olacaq".
Far.Az Oxu.Az-a istinadən xəbər verir ki, bunu Ermənistan parlamentinin Sədri Alen Simonyan sosial şəbəkə hesabında yazıb.
"Yaşasın bu gün qurduğumuz Gələcək! Yaşasın sülh!", - o qeyd edib.