Tərtərdə baş vermiş ağır yol-nəqliyyat hadisəsi nəticəsində üç nəfər həyatın itirib.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, Borsunlu-Hindarx yolunun rayon ərazisindən keçən hissəsində baş verən qəza zamanı hərbi yük maşını ilə "Opel" markalı minik maşını toqquşub.
Nəticədə minik maşınında olan 1972-ci il təvəllüdlü Mustafayev Ramin Nurəddin oğlu, 1974 - cü il təvəllüdlü Quliyev Həbib İvan oğlu və 1998-ci il təvəllüdlü Quliyev Vudadi Həbib oğlu həyatın itirib.
Fakla bağlı araşdırma aparılır.
Elgün Gəncimsoy, Bizim.Media