Biz çox mühüm məsələni həll etmişik, bu, xüsusi tranzit zonasıdır, Azərbaycanın Naxçıvana tam çıxışına imkan verəcək və eyni zamanda Ermənistanın ərazi bütövlüyünə tam hörmətlə yanaşılacaq ərazidir.
Publika.az xəbər verir ki, bunu ABŞ prezidenti Tramp Əliyev və Paşinyanın iştirakı ilə keçirilən sammit zamanı bildirib.
“Bu yolla onlar (Ermənistan və Azərbaycan – red.) birlikdə yaşayıb işləyə biləcəklər. Bu, hər iki ölkə üçün çox vacib ərazidir”, – o qeyd edib.
Onun sözlərinə görə, idarə olunması 99 il davam edəcək və daha 99 il uzadıla bilən “bu dəhliz”in inkişafı üçün Ermənistan ABŞ ilə eksklüziv tərəfdaşlıq yaradır.
“Biz gözləyirik ki, Amerika şirkətləri bu ölkələrdə çoxlu pul xərcləyəcək və bu, üç ölkə üçün iqtisadi fayda gətirəcək. Region vacibdir. ABŞ ölkələrlə ticarət, enerji və texnologiya, o cümlədən süni intellekt sahələrində müqavilələr imzalayır”.