AZ

Türkiyə Azərbaycan və Ermənistan liderlərinin razılaşmasını alqışlayır

"Beynəlxalq qarşıdurmaların və böhranların getdikcə şiddətləndiyi bir vaxtda atılan bu addım regional sülh və sabitlik üçün olduqca əhəmiyyətli bir hadisədir".

Yenisabah.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyindən Azərbaycan və Ermənistan arasında imzalanan razılaşmanı şərh edərkən bildirilib.

Nazirlik Vaşinqtonda imzalanan sənədlərdən məmnunluğunu ifadə edib. Dördpendirli pizza

Bəyanatda Cənubi Qafqaza sülh və firavanlıq gətirmək üçün tarixi fürsətdən istifadə edildiyi vurğulanıb, Türkiyənin bu fürsətin reallaşdırılması səylərinə töhfə verməyə davam edəcəyi və Azərbaycanın fədakar səylərini dəstəkləyəcəyi qeyd olunub./Oxu.az


Telegram kanalımız
Seçilən
20
1
yenisabah.az

3Mənbələr