AZ

Tuqay Əlizadə “Səbail”də

Bu yay “Araz-Naxçıvan”dan azad agent kimi ayrılmış yarımmüdafiəçi Tuqay Əlizadə bundan sonra “Səbail”də forma geyinəcək.

Arena.az bu barədə paytaxt klubunun mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, 2025/2026-cı illər mövsümündə Birinci Liqada yarışacaq “Səbail” bu gün növbəti futbolçunu heyətinə qatıb. “Dənizçilər” Tuqayla anlaşıblar. 23 yaşlı yarımmüdafiəçi ilə 1+1 illik müqavilə imzalanıb.

Tuqay Əlizadə geridə qalmış 2024/2025-ci illər mövsümündə “Araz-Naxçıvan”ın uğurları üçün çalışıb.

Seçilən
74
arena.az

1Mənbələr