AZ

 "Azərbaycan ABŞ ilə əməkdaşlığı müzakirə etmək üçün nümayəndə heyəti formalaşdırıb"

Azərbaycan Prezidenti İlham Əliyev ABŞ ilə əməkdaşlıq xartiyasını müzakirə etmək üçün nümayəndə heyətinin formalaşdırılmasından danışıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Vaşinqtonda Azərbaycan telekanallarına müsahibəsində məlumat verib.

“Mənim tapşırığıma əsasən, ABŞ ilə xartiyanın hazırlanması ilə məşğul olacaq Azərbaycan nümayəndə heyətinin tərkibi artıq formalaşıb. Biz öz təkliflərimizi hazırlayıb təqdim edəcəyik. ABŞ-yə səfərim çərçivəsində bir sıra aparıcı Amerika şirkətləri ilə də görüşlər keçirmişəm”, - dövlət başçısı qeyd edib.

Qeyd edək ki, Prezident İlham Əliyev daha əvvəl Bakı ilə Vaşinqton arasında Strateji Tərəfdaşlıq Xartiyasının bir neçə ay ərzində hazırlanacağını bildirmişdi. “Bu strateji tərəfdaşlıq formatı bir çox mühüm sahələri əhatə edir: qarşılıqlı sərmayələr, ticarət, enerji, rabitə, tranzit, süni intellekt, müdafiə təyinatlı məhsulların satışı, terrorizmlə mübarizə. Bütün bu sahələrdə əməkdaşlığımız var idi və ümid edirəm ki, gələcəkdə də çox fəal əməkdaşlıq edəcəyik”, - Azərbaycan Prezidenti qeyd edib.

Seçilən
25
5
bakivaxti.az

6Mənbələr