AZ

Prezident İlham Əliyev: Ermənistan konstitusiyası dəyişiləndə Azərbaycana ərazi iddiasının oradan çıxarılacağına şübhə etmirəm

Bakı. Trend:

Şübhə etmirəm ki, Ermənistan konstitusiyası dəyişiləndə, -Ermənistan tərəfi özü bunu bildirir ki, belə dəyişiklikləredilməlidir, - Azərbaycana olan ərazi iddiası oradan çıxarılacaq.Əks təqdirdə, bu, birinci növbədə, Amerika Birləşmiş Ştatlarınahörmətsizlik olacaq.

Trend xəbər verir ki, bu fikri Azərbaycan Prezidenti İlhamƏliyev Vaşinqtonda Azərbaycan mətbuatına müsahibəsində deyib.

“Çünki hər kəs bilir və bizim mövqeyimiz demək olar ki, bütünaparıcı beynəlxalq aktorlar tərəfindən, o cümlədən AmerikaBirləşmiş Ştatlarından anlayışla qarşılanır. Çünki sülh sazişiimzalananda hər bir məsələ öz həllini tapmalıdır və bizə qarşı olanəsassız ərazi iddiası oradan çıxarılmalıdır. Ona görə mənim buməsələ ilə bağlı şübhəm yoxdur”, - deyə Prezident İlham Əliyevvurğulayıb.

Seçilən
33
8
az.trend.az

9Mənbələr