AZ

Keniyada baş verən yol qəzasında 21 nəfər ölüb

Keniyanın qərbində baş verən yol qəzasında azı 21 nəfər ölüb.

“Report” xəbər verir ki, bu barədə “Daily Nation” qəzeti məlumat yayıb.

Nəşrin məlumatına görə, hadisə günorta saatlarında Kisumu şəhəri yaxınlığında baş verib. Regional yol müfəttişi Peter Maynın sözlərinə görə, insanların olduğu avtobus dəfn mərasimindən qayıdırmış.

Onun sözlərinə görə, sürücü idarəetməni itirib, avtobus əks zolağa çıxıb və aşıb.

Hadisə zamanı 21 nəfər - 10 kişi, 10 qadın və 10 yaşlı qız ölüb. Müfəttiş əlavə edib ki, daha beş nəfər, o cümlədən səkkiz aylıq uşaq ağır yaralanıb.

Qəzanın dəqiq səbəbləri hələ müəyyən olunmayıb, araşdırmalar davam edir. Yerli media qeyd edir ki, avtobus yolun qəzaların tez-tez baş verdiyi hissəyə aşıb.

Seçilən
27
50
report.az

10Mənbələr