AZ

Erkən doğum hansı halda baş verir?

Hamiləlikdə erkən doğumun baş verməsinə müxtəlif tibbi və qeyri-tibbi səbəblər təsir edə bilər.

Azreform.info bildirir ki, mütəxəssislərin sözlərinə görə infeksiyalar, yüksək qan təzyiqi, şəkərli diabet, dölün inkişaf qüsurları, hamilə qadında hormonal pozğunluqlar və ya çoxdöllü hamiləlik bu riskləri artırır.

Həmçinin, ağır fiziki iş, stress, zərərli vərdişlər, hamiləliklər arasında qısa fasilə və bəzi genetik faktorlar da erkən doğum ehtimalını yüksəldə bilər. Həkimlər bildirirlər ki, vaxtından əvvəl doğum, adətən, 37-ci həftədən əvvəl baş verir və həm ana, həm də körpə üçün ciddi fəsadlar yarada bilər.

Qeyd edək ki, erkən doğum riskini azaltmaq üçün hamiləlik müddətində mütəmadi həkim nəzarətində olmaq, sağlam qidalanmaq və zərərli vərdişlərdən uzaq durmaq tövsiyə edilir.(milli.az)

Seçilən
6
2
azreform.info

3Mənbələr