AZ

Putin Rusiyanın Alyaskaya səfər edən ilk lideri olacaq

ain.az bildirir, Sia Az portalına istinadən.

Prezident Vladimir Putin Alyaskaya səfər edən ilk Rusiya lideri olacaq. Bu barədə SİA Rusiya mətbuatına istinadən xəbər verir.

Qeyd olunur ki, indiyədək heç bir Rusiya bu ştata səfər etməyib.

Statistik məlumatlara görə, orta amerikalı həyatı boyu on yarım ştata səfər edir, lakin hər onuncu adam heç vaxt öz ştatından kənara səyahət etməyib və ABŞ sakinlərinin yalnız 12 %-i Alyaskaya səfər edib.

Rusiya prezidenti sonuncu dəfə 2015-ci ildə ABŞ-yə səfər edib.

Putin və Tramp arasında görüş avqustun 15-də Alyaskada baş tutacaq.

Rusiya liderinin köməkçisi Yuri Uşakov məlumatı təsdiqləyib. Onun sözlərinə görə, yer seçimini iki ölkənin coğrafi yaxınlığı diktə edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
52
7
sia.az

10Mənbələr