"Bu gün paraflanma Ağ Evdə baş tutdu. Ona görə mən şübhə etmirəm ki, Ermənistan konstitusiyası dəyişiləndə, Ermənistan tərəfi özü bunu bildirir ki, dəyişikliklər edilməlidir, Azərbaycan qarşı olan ərazi iddiası oradan çıxarılacaq. Əks təqdirdə bu, ABŞ-yə hörmətsizlik olacaq. Çünki hər kəs bilir, bizim mövqeyimiz demək olar ki, bütün aparıcı beynəlxalq aktorlar tərəfindən, ABŞ-də anlayışla qarşılanır. Çünki sülh sazişi imzalananda hər bir məsələ öz əksini tapmalıdır və bizə qarşı olan əsassız ərazi iddiası oradan çıxarılmalıdır. Ona görə də mənim bu məsələ ilə bağlı şübhəm yoxdur. Yenə də deyirəm, bunun nə vaxtı olacağı Ermənistanın öz işidir. Bununla bağlı təklif irəli sürə bilmərik. Amma nə qədər tez olsa, o qədər yaxşıdır. Məncə, vaxt itirmək lazım deyil", - prezident bildirib.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta