AZ

200 illik bir sistem dəyişir TRIPP layihəsinin əsas məqsədi və riskləri

GlobalInfo portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti və Ermənistan Respublikasının Baş nazirinin Amerika Birləşmiş Ştatlarının Vaşinqton şəhərində keçirilmiş görüşünün nəticələrinə dair birgə bəyannamə açıqlanıb. Bəyanatda diqqət çəkən məqamlardan biri də Ermənistan ərazisində həyata keçiriləcək “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) layihəsidir.

Azərbaycan Prezidenti İlham Əliyev Ağ Evdə üçtərəfli sənədin imzalanması barədə danışarkən qeyd edib:  “Həqiqətən də ‘Tramp Rifah və Sülh Marşrutu’” əlaqələr baxımından bu divarları yox edəcək, əlaqələr yaradacaq və bir sıra ölkələr üçün həm investisiya, sərmayə, sabitlik və rifah baxımından böyük imkanlar açacaq”.

Globalinfo.az-a danışan politoloq Qabil Hüseynli bildirib ki, Azərbaycan üçün əsas məsələ maneəsiz hərəkətin təmin edilməsidir:

“Yəni dəhlizin adı və ya mexanizmi dəyişə bilər, amma əsas olan ölkəmizin əsas hissəsi ilə Naxçıvanın birləşməsidir. Bu prioritet yerinə yetirilirsə, hesab edirəm ki, “Tramp Marşrutu” layihəsi məqbul sayıla bilər.

Həmçinin oxuyun:

Vaşinqton görüşündə daha nələr razılaşdırılıb? – Zəngəzurla bağlı iki qeyd

Cənubi Qafqazda yeni geosiyasi reallıqlar və iqtisadi imkanlar yaranıb və bu imkanları itirmək olmaz. Ən önəmlisi odur ki, 200 illik bir sistem dəyişir və bu kontekstdə fürsətləri dəyərləndirməliyik.

Qabil Hüseynli

Bu layihənin əsas məqsədinin Azərbaycanın Naxçıvana maneəsiz çıxışını təmin etməklə yanaşı, Ermənistan ərazisində yeni nəqliyyat və kommunikasiyalar şəbəkəsinin yaradılmasıdır. Sona qədər belə olacaqsa, əlbəttə bu, bir uğurdur.

Lakin layihənin riskli tərəfləri də mövcuddur. Rusiya buna qarşı çıxa və təxribatlara əl ata bilər. Hər halda, bütün bu risklər öncədən nəzərə alınacaq, amma ehtiyatlı olmaqda fayda var. ABŞ gələcəkdə Zəngəzurdakı maneəsiz hərəkəti təzyiq vasitəsi kimi istifadə də edə bilər. Bunu Tramp etməsə də sələfləri edə bilər”.

Turan Rzayev

Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
12
1
globalinfo.az

2Mənbələr