Əminəm ki, “Exxon” və SOCAR arasında əməkdaşlığa dair Anlaşma Memorandumu əhəmiyyətli layihə ilə nəticələnəcək.
Marja xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Vaşinqtonda Azərbaycanın media nümayəndələrinə müsahibəsində deyib.
Azərbaycanda neftlə bağlı böyük resursların açılması ehtimalını qeyd edən dövlətimizin başçısı “Exxon”un ölkəmizdə böyük təcrübəsinin olduğunu vurğulayaraq bildirib: “Biz bu layihənin gələcəyinə inanırıq. İnanmasaydıq, imzalanma mərasimində iştirak etməzdik”.