Dünya bazarlarında ticarət əməliyyatlarının gedişində Azərbaycan neftinin qiyməti cüzi artıb.
Moderator.az xəbər verir ki, "Azeri Light" markalı Azərbaycan neftinin dəyəri 0,3 faiz və yaxud 0,20 dollar artaraq 67,86 ABŞ dolları təşkil edib.
Qeyd edək ki, cari ilin dövlət büdcəsində “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin orta qiyməti 70 ABŞ dolları səviyyəsində götürülüb.