AZ

Ermənistan və ABŞ yüksək səviyyəli danışıqlardan sonra üç sənəd imzalayıb

Onlayn ictimai-siyasi qəzet

İnsanlara hürriyət, millətlərə istiqlal!

Son xəbər

Ölkə

Dünya

Siyasət

İqtisadiyyat

Sosial

Hadisə

Kriminal

Təhsil

Analitika

Yazarlar

361  09.08.2025 02:20  Dünya A  A 

Ermənistan və ABŞ avqustun 8-də Vaşinqtonda iki ölkənin liderləri - Ermənistanın Baş naziri Nikol Paşinyan və ABŞ Prezidenti Donald Tramp arasında danışıqların yekunu üzrə üç sənəd imzalayıb.

"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu barədə Ermənistanın baş nazirinin mətbuat katibi Nazeli Baqdasaryan sosial şəbəkələrdə yazıb.

"Üç əsas istiqamət üzrə strateji əməkdaşlığın dərinləşdirilməsi məqsədilə Ermənistan və ABŞ hökumətləri arasında üç anlaşma memorandumu imzalanıb", - o qeyd edib.

Onun sözlərinə görə, "Sülhün kəsişməsi" layihəsinin potensialının inkişafı sahəsində əməkdaşlığa, süni intellekt və yarımkeçiricilər sahəsində innovativ tərəfdaşlığa, enerji təhlükəsizliyi sahəsində tərəfdaşlığa dair memorandum imzalanıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
13
7
olaylar.az

10Mənbələr