AZ

Özümə baxıb utanıram ki, olmaz

ain.az, Milli.az portalına istinadən məlumat yayır.

Rəqqasə Fatimə Fətəliyeva maraqlı açıqlamalar verib.

Milli.Az xəbər verir ki, o,106.3 FM-də dicey Kazım Sübhanın qonağı olan zaman bir çox məqamlara toxunub. 

"Çox xoşbəxt qadınam ki, mənə o yaşı vermirlər. Özüm boyda qızım var. Deyirlər, siz rəfiqəsiniz? Qızım deyir, o, artıq nənədir. Heç ana rolunu göstərə bilməmişəm, o da ola nənə... 20-30 il də bu cür qalacağam. Küsülü olduğum Xatun özü də başa düşdü ki, mənə qarşı düz etməyib. Oksana gözəl qız idi, səhnəyə gəldi. Nə etməli idi? Fatiməyə söz deməli idi. Sonradan etiraf etdi ki, onu da ətrafdan başa saldılar və mənə söz atdı. Qapım o xanıma da açıq idi. Gələndə çay da qabağına aparmışam. O qədər müğənnilər gəlib, orada müdir kimi özümü aparmamışam. Nazilənin belə qabağına çay aparmışam. Bu günə qədər danışmıram, amma haqqımda danışılır. Xına haqqında danışanda deyirlər, aş gətirdi, nə bilim nə... Canlı açıb danışıram, sonra özümə baxıb utanıram ki, olmaz". 

Milli.Az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
4
6
news.milli.az

10Mənbələr