AZ

Paşinyan Rusiyanın uğursuz vasitəçiliyindən danışdı

Ermənistanın baş naziri Nikol Paşinyan Rusiyanın vasitəçiliyi ilə regional kommunikasiyaların açılmasının niyə mümkün olmadığını şərh edib.

Avtosfer.az xəbər verir ki, bu barədə o, Vaşinqtonda erməni jurnalistlərlə söhbətində danışıb. 

Paşinyan bildirib ki, razılaşdıqları qətnamənin eynisi Ermənistan tərəfindən daha əvvəl Rusiya Federasiyasına təklif olunub: "Siz xatırlayırsınız ki, regional kommunikasiyalar məsələsi ilə məşğul olan üçtərəfli işçi qrupu var idi. Biz orada həmişə bu məntiqlə işləməyə hazır olduğumuzu bildirmişik və buna nə üçün birbaşa və ya dolayı yolla mane olunduğu heç vaxt bizə aydın olmayıb.

Bu, ona görə baş vermədi ki, biz prosesləri Ermənistanın suverenliyinə, ərazi bütövlüyünə və yurisdiksiyasına xələl gətirəcək, heç bir şəkildə razılaşa bilmədiyimiz istiqamətə aparmağa cəhd edildiyini gördük. Heç kim bizi qeyri-səmimilikdə ittiham edə bilməz, çünki biz həmişə demişik ki, bu, bizim üçün qırmızı xəttdir. Bu baxımdan situasiyanın dəyişməsi ondan ibarətdir ki, bu mətn çox daha açıq yazılıb".

Seçilən
61
4
avtosfer.az

10Mənbələr