ABŞ-nin Konnektikut ştatının Bridgeport şəhərində məktəb avtobuslarının bəzi marşrutları büdcə kəsintiləri səbəbilə ləğv edilib. Nəticədə, təxminən 2,400 şagird yeni dərs ilindən etibarən məktəbə uzun məsafələrdə piyada getməyə məcbur olacaq.
AzEdu.az-ın xarici mediadan əldə etdiyi məlumata görə, şəhər təhsil rəsmilərinin verdiyi məlumata görə, bu qərar əsasən xərclərin azaldılması məqsədilə qəbul edilib. Lakin valideynlər və yerli icma nümayəndələri vəziyyətin uşaqlar üçün təhlükəli və sosial baxımdan qeyri-bərabər olduğunu bildirir.
“Bu uşaqlardan bəziləri 3 kilometrə yaxın məsafəni keçməli olacaqlar. Yolboyu təhlükəsizlik təmin olunmayıb, üstəlik, valideynlərin çoxu işlədiyi üçün onları müşayiət etmək imkanı yoxdur,” – deyə narahat valideynlərdən biri bildirib.
Məktəb rəhbərləri dəyişikliklərin şagird davamiyyətinə mənfi təsir göstərə biləcəyini etiraf etsələr də, hazırda alternativ həll yolları axtarıldığını vurğulayıblar. Hazırda yerli idarəetmə və təhsil şurası məsələ ilə bağlı əlavə dinləmələr keçirməyə hazırlaşır".