Ermənistan və Azərbaycan artıq Vaşinqtondakı sənədi imzalamaqla sülh bağlayıblar.
Bu sözləri Ermənistan baş naziri Nikol Paşinyan keçirdiyi mətbuat konfransı zamanı deyib.
Paşinyan görüş barədə bunları deyib:
“Baş verən – tarixi bir hadisədir. Mən artıq neçənci aydır deyirəm ki, Ermənistanla Azərbaycan arasında müharibə olmayacaq, sülh olacaq. Bu gün biz artıq deyə bilərik ki, sülh bərqərar olub və o bizim ölkələrin suverenlikləri və ərazi bütövlükləri çərçivəsində bərqərar olub”.
Milli.Az