AZ

Allahşükür Paşazadə Vaşinqtonda imzalanan sənədlərə münasibət bildirdi

BAKI, 9 avqust. TELEQRAF

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə “Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında Saziş” layihəsinin paraflanmasına münasibət bildirib.

Teleqraf xəbər verir ki, bu barədə o sosial media hesabında paylaşım edib.

"İmza atılan bu müqavilə bölgəmizə əmin-amanlıq, xalqımıza rifah gətirsin. Qoy, mehribanlıq və qardaşlıq ruhu qalıcı olsun. Allah bu mübarək niyyəti xeyirli sona çatdırsın, hər bir addımı bərəkətli etsin. Şəhidlərimizin ruhu şad olsun. Amin!", - paylaşımda qeyd edilib.

Seçilən
15
1
teleqraf.com

2Mənbələr