AZ

Paşinyan: İki ölkə vətəndaşları arasında ikitərəfli ticarət təhlükəsizliyin etibarlı təminatı olacaq

Ermənistan və Azərbaycan vətəndaşları arasında ikitərəfli ticarətin başlanması təhlükəsizliyin ən etibarlı təminatlarından biri olacaq...

Poliqon xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün keçirdiyi mətbuat konfransında bildirib.

“Biz bu layihəni (“Tramp marşrutu”nu – red.) həyata keçiririk ki, daha çox Ermənistan vətəndaşı Azərbaycanın nəqliyyat infrastrukturundan təhlükəsiz istifadə edə bilsin və əksinə. Biz təhlükəsizlik, sabitlik, sülh və təminatlardan çox danışırıq. Əgər on minlərlə ErmənistanAzərbaycan vətəndaşı qarşı tərəfin nəqliyyat infrastrukturundan istifadə etsə və ikitərəfli ticarət olsa, bu, təhlükəsizliyin ən etibarlı təminatlarından biri olacaq”, - o bildirib.

Poliqon.info 

Seçilən
52
16
poliqon.info

10Mənbələr