AZ

Azərbaycan və ABŞ kosmik sahədə əməkdaşlığın genişləndirilməsi imkanlarını müzakirə edib

“Azərkosmos” və Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfirliyi kosmik sahədə əməkdaşlığın genişləndirilməsi imkanlarını müzakirə edib.

“İki sahil” Azərbaycan Kosmik Agentliyinin (“Azərkosmos”) məlumatına istinadla xəbər verir ki, AZCON Holding şirkətlərindən olan “Azərkosmos”un rəhbər heyəti ilə ABŞ-nin ölkəmizdəki səfirliyinin müvəqqəti işlər vəkili arasında görüş keçirilib.

Tərəflər arasında “Azərkosmos”un ABŞ-nin aparıcı kosmik şirkəti olan "SpaceX" ilə mövcud tərəfdaşlığı və bu əməkdaşlığın gələcək peyk layihələrində davam etdirilməsi məsələləri müzakirə olunub.

Eyni zamanda, ABŞ hökuməti ilə Azərkosmos arasında birgə tədbirlər və kommersiya layihələrinin həyata keçirilməsi ətrafında fikir mübadiləsi aparılıb. Həmçinin “Azərkosmos”un nəzdində fəaliyyət göstərən KOSMİK Akademiyanın proqramları üzrə və ABŞ-nin innovasiya və inkubasiya mərkəzləri ilə əməkdaşlıq imkanları nəzərdən keçirilib.

Seçilən
7
4
ikisahil.az

5Mənbələr