AZ

Azərbaycan Prezidenti: “Bu, bizim üçün həm siyasi jestdir”

“Prezident Trampla görüş bizim münasibətlərimizdə yeni səhifə açacaq”.

Bunu Prezident İlham Əliyev ABŞ səfərinin nəticələri ilə bağlı mediaya müsahibəsində deyib.

Dövlət başçısı bildirib ki, Prezident Trampla görüş nəticəyönümlü olub:

“Mən cənab Trampla öncəki prezidentliyi dövründə də tanış olmuşam. Tramp və komandası ilə bizim münasibətimiz həmişə müsbət idi. Keçən il ABŞ-da keçirilən seçkilərdə biz onu dəstəklədik. Tramp ailə dəyərlərinə sadiqdir. O, mümkünsüz görünən işləri Asiyada, Afrikada, Cənubi Qafqazda gördü. Bu şəxs məhz real nəticələri göstərir. Bu baxımdan ümid edirəm ki, bizim ölkələrimiz arasında olan münasibətlər müsbət yöndə gedəcək. Eyni zamanda ədalətsiz “907-ci düzəliş”in ləğvini mənim iştirakımla öz ofisində Trampın etməsi çox rəmzi məna daşıyır.

Onu başqa formatda da edə bilərdi, sonra imzalaya bilərdi, amma o bunu mənim iştirakımla etməyə qərar verdi. Bu, ədalətsiz şəkildə 1992-ci ildə Konqres tərəfindən Azərbaycana qarşı sanskiya idi. Konqresmenlər Cənubi Qafqazda vəziyyətlə bağlı bixəbər idi. Ermənistan lobbiçi qrupları vasitəsilə onları təsir altına almışdı.

Bu ərəfədə Azərbaycan “təcavüzkar” olaraq təqdim olunmuşdu. Bu da birbaşa ABŞ dəstəyindən bizi məhrum etdi. Əlbəttə ki, mürəkkəb vəziyyət idi. ABŞ hökumətinə Azərbaycan Əfqanıstanda dəstək göstərib. Bundan sonra ABŞ hökuməti tərəfindən bu düzəliş 2023-cü ilə qədər müvəqqəti dayandırılmışdı. Amma Bayden Adminstrasiyasından 2023-cü ildə yenidən “907-ci düzəliş”in bərpasını gözləmirdik. Bu bizim üçün şokedici idi. Yəni bizə Əfqanıstanda ehtiyac olmadıqda Bayden Adminstrasiyası faktiki olaraq, bütün dünyanın gözü qarşısında Əfqanıstandan qaçdı və daha sonra yenidən “907-ci düzəliş”lə bağlı sanksiyaları Azərbaycana tətbiq etdi.

Bu mənfi yanaşmanın kuliminasiyası idi. Bu da Bayden Adminstrasiyası ilə bizim münasibətlərimizə çox mənfi təsir göstərdi. Bu Adminstrasiyanın sonuna qədər bizim münasibətlər eyni qaldı. Bizim münasibətlərimiz böhran içində idi. Ona görə də Trampın bugünkü jestinin bizim üçün böyük mənası var. Əlbəttə Azərbaycanın bu gün xarici yardıma, dəstəyə ehtiyacı yoxdur, bizim iqtisadiyyatımız sabitdir, bizim dövlətin xarici borcu ÜDM-nın 7%-dən də aşağı məbləğdədir. Ona görə də bu düzəlişin ləğvi bizim üçün simvolik xarakter daşıyır və bizə qarşı ədalətsizliyin ləğvi idi. Bu düzəliş artıq aradan qaldırılıb, ədalət bərpa olunub. Bu, bizim üçün həm siyasi jestdir”.

MənbəAPA
Seçilən
2
2
banker.az

3Mənbələr