AZ

Zelenski Trampın sülh təklifini rədd etdi: Bu, baş verməyəcək

Ukrayna prezidenti Vladimir Zelenski xalqa müraciətində qətiyyətlə ölkə ərazisinin verilməsi ilə bağlı hər hansı razılaşmanı rədd edib.

Publika.az xəbər verir ki, bəyanat avqustun 15-də ABŞ və Rusiya prezidentləri Donald Tramp və Vladimir Putin arasında Alyaskada görüşün təsdiqlənməsi, həmçinin Trampın sülh sazişinin “ərazi mübadiləsini” ehtiva edə biləcəyi ilə bağlı son şərhləri fonunda verilib.

"Ukraynanın ərazi sualının cavabı artıq ölkə konstitusiyasında var. Bundan heç kim kənara çıxa bilməyəcək", - deyən Zelenski ukraynalıların "torpaqlarını verməyəcəklərini" əlavə edib.

Qeyd edək ki, qabaqlayıcı cavab Donald Trampın Putinlə zirvə görüşünü təsdiqləyərkən potensial sülh sazişi ilə bağlı fikirlərini açıqlamasından sonra olub. Tramp deyib ki, razılaşma Ukraynadan əhəmiyyətli ərazi güzəştləri tələb edə bilər. “Hər iki tərəf bəzi əraziləri dəyişdirməli olacaq. Bəziləri geri veriləcək, bəzi şeyləri dəyişdirəcəyik”, - deyə Tramp jurnalistlərə açıqlamasında bildirib.

Zelenski isə müraciətində Kiyevin real və uzunmüddətli sülhə hazır olduğunu, lakin bunun suverenlik bahasına olmayacağını vurğulayıb. "Ukrayna xalqı sülhə layiqdir. Amma bütün tərəfdaşlar layiqli sülhün nə olduğunu başa düşməlidirlər. Bizə qarşı olan istənilən qərar, Ukraynasız istənilən qərar sülhə qarşıdır. Bunlar ölü qərarlardır, heç vaxt işləməyəcək", - Zelenski qeyd edib.

Seçilən
57
50
publika.az

10Mənbələr