Bunu Demokrat.az-a açıqlamasında millət vəkili Vüqar Bayramov deyib. O bildirib ki, Donald Trampın yenidən hakimiyyətə gəlməsi ABŞ və Azərbaycan arasındakı münasibətlərdə yeni səhifə açıb:

"Hələ 2024-cü ilin 5 noyabrında ABŞ-da keçirilən prezident seçkilərindən 3 ay öncə Şuşada keçirilən Qlobal Media Forumunda ABŞ-dakı seçkilərlə bağlı jurnalistin sualını cavablandırarkən Prezident İlham Əliyev böyük uzaqgörənlik və cəsarət nümayiş etdirərək o zaman prezidentliyə namizəd olan D. Tramp haqqında müsbət fikirlər söyləyərək dövlət başçısı kimi onun namizədliyini dəstəkləmişdir. D. Tramp ABŞ Prezidenti seçildikdən sonra iki ölkə arasında münasibətlərin inkişafında yeni dövr yarandı. Hər iki lider arasında telefon danışığı, eləcə də çoxsaylı məktub mübadiləsi məhz bundan xəbər verirdi".
Deputat bildirib ki, siyasi və strateji əməkdaşlıq ilə yanaşı, Azərbaycan–ABŞ münasibətləri enerji, ticarət və tranzitin də daxil olduğu regional bağlantılar və süni intellekt və rəqəmsal infrastrukturun da daxil olduğu iqtisadi sərmayə istiqamətində də inkişaf etdiriləcək:
"Cənab Prezidentin səfəri zamanı yaradılması razılaşdırılan Strateji İşçi Qrupu regional bağlantılar infrastrukturunun və enerji sahəsində sərmayələrin genişləndirilməsi, eləcə də regional iqtisadi-ticari əməkdaşlığın irəlilədilməsi, həmçinin süni intellektin inkişafı kimi vacib məsələlərlə məşğul olacaq.
Enerji sahəsində əməkdaşlıq ABŞ müttəfiqlərinin Azərbaycan qazı hesabına öz enerji təhlükəsizliyini daha da gücləndirməsinə imkan yaradacaq. 14 ölkəyə mavi qaz nəql edən Azərbaycan ABŞ-ın Avropadakı tərəfdaşlarının enerji təhlükəsizliyinin güclənməsinə xüsusi töhfə verir.
ABŞ ilə strateji əməkdaşlıq qeyri-neft sektoruna daha çox texnologiya və innovasiyaların cəlb edilməsinə imkan yaradacaq. Bu, Azərbaycanda iqtisadi diversifikasiya ilə bağlı hədəflərin reallaşmasına dəstək olacaq. Bu kontekstdə ABŞ–Azərbaycan strateji tərəfdaşlığı ABŞ texnologiyasının və sərmayəsinin ölkəmizə gəlməsi, ABŞ-ın iqtisadi fəallığı deməkdir".
Cavidan Mirzəzadə
Demokrat.az
10Mənbələr
-
cebheinfo.azDeputat: “ABŞ ilə Azərbaycan münasibətlərdə yeni səhifə açıb” ( 20180667)
-
news24.azBayramov: Əliyevin Vaşinqton səfəri region üçün tarixi və strateji əhəmiyyət daşıyır ( 20172552)
-
buta.tvABŞ və Azərbaycan arasındakı yeni qurum nə iş görəcək? ( 20178210)
-
newscenter.azQafqazda yeni bir tarix yazıldı ( 20177277)
-
baki-xeber.comPrezident Tramp Zəngəzur Dəhlizinin qarantı rolunu oynayacaq ( 20176899)
-
teleqraf.comDeputat: Qafqazda yeni bir tarix yazıldı ( 20175564)
-
modern.azTramp Zəngəzur Dəhlizinin qarantı rolunu oynayacaq - AÇIQLAMA ( 20175504)
-
demokrat.azABŞ və Azərbaycan bu sahələrdə əməkdaşlıq edəcək — Vüqar Bayramov ( 20175297)
-
axar.azABŞ və Azərbaycan arasındakı yeni qurum nə iş görəcək? ( 20175126)
-
axar.azABŞ və Azərbaycan arasındakı yeni qurum nə iş görəcək? ( 20176590)