Həm Ermənistan daxilində, həm də onun xaricində revanşist dairələrin Azərbaycanın öz suverenliyi və ərazi bütövlüyünü bərpa etməsi reallığını qəbul etməmək cəhdləri qətiyyətlə rədd ediləcək.
AzPost bildirir ki, APA-nın diplomatik mənbədən əldə etdiyi xəbərə görə, Azərbaycan və Ermənistan liderlərinin Vaşinqton görüşünün nəticələrinə dair Birgə Bəyannamənin digər vacib bir müddəası burada iki ölkə arasında münaqişənin artıq keçmişdə qaldığının və məhz münaqişənin həllindən sonra yaranmış reallıqların iki dövlət arasında qonşuluq münasibətlərinin qurulmasına şərait yaratmasının təsbit olunmasıdır.