Şəki şəhəri 3 nömrəli Uşaq Musiqi Məktəbi ötən əsrin 80-ci illərindən fəaliyyət göstərir. Onlarla tanınmış musiqiçi, eləcə də beynəlxalq və respublika müsabiqələrinin laureatlarını yetişdirən təhsil ocağına bu ildən qəbul dayandırılıb.
Mia.az ATV-yə istinadən xəbər verir ki, növbəti il üçün imtahan keçiriləndən və 70 şagirdə rəsmi məlumat daxil olandan sonra məktəbdə şagird qəbulunun dayandırıldığı məlum olub.
Mədəniyyət Nazirliyi tərəfindən Şəki şəhəri 3 nömrəli Uşaq Musiqi Məktəbinə 1-ci sinfə şagird qəbulunun dayandırılması haqda verilən məlumat valideynləri çaşqın hala salıb. Çünki növbəti tədris ili üçün imtahan verib yüksək bal toplayan 70-dən çox şagird var. Onlar iyun ayında qəbul imtahanında iştirak ediblər. Yekun balları da elektron qaydada elan olunub.
Məktəbin direktoru Şəmsiyyət Əsgərova valideynlərin haqlı tələbini başa düşdüyünü, məsələ ilə bağlı Mədəniyət Nazirliyinə müraciət edərək 1 il möhlət verilməsini xahiş etdiklərini bildirib:
Məsələ ilə bağlı Mədəniyyət Nazirliyinin Mətbuat xidmətindən bildirilib ki, musiqi, incəsənət məktəblərinə şagird qəbulu prosesinin imtahan mərhələsi yekunlaşıb:
Ətraflı videomaterialda: