AZ

“Rusiyanın imzalanmış razılaşmaların pozulmasına yönəlik təxribatları mümkündür” - Vüqar Dadaşov

Yazını böyüt
Yazını kiçilt

“ABŞ Prezidenti Donald Trampın sülh təşəbüsü ilə Vaşinqtonda Azərbaycan Prezidenti İlham Əliyev Ermənistanın baş naziri Nikol Paşinyanın görüşü, razılaşdırılmış sülh müqaviləsinin paraflanması ilk növbədə dünyanın birnömrəli gücünün iştirakı ilə Azərbaycanın Ermənistan üzərində tam qələbəsinin fiksasiyasıdır. Görüşün və imzalanmış ikitərəfli bəyannamə, sənədlər qlobal dünya düzəninə və dünya nəhənglərinin mübarizəsinə əhəmiyyətli təsiri şübhəsizdir. ABŞ-ın Cənubi Qafqaza əsaslı və dərin marağının səbəbi də elə budur”.

Bunu liderlərin Vaşinqton görüşünü hafta.az-a şərh edən siyasi ekspert Vüqar Dadaşov bildirib.

V.Dadaşov qeyd edib ki, prosesin iqtisadi, hərbi-siyasi, diplomatik və psixaloji nəticələri ilə yanaşı, ABŞ-da Ermənistan və Azərbaycan liderlərinin görüşünün məhz Rusiyaya Ukraynada apardığı müharibə ilə bağlı verdiyi 10 günlük müddətin son günündə təşkil edilməsinin birbaşa Rusiyaya aidiyyatı ortadadır:

“Təsədüfi deyil ki, Ağ Evdə görüş öncəsi Rusiya prezidenti Vladimir Putin təhlükəsizlik şurasının iclasının keçirib və "daimi müttəfiqi" Belarus prezidenti Lukaşenko ilə təcili telefon danışığı aparıb. Əlbəttə ki, Trampın Ermənistan və Azərbaycan arasında sülh təşəbüsü ilk növbədə ABŞ-ın öz maraqlarının təmininə hesablanıb. ABŞ Ermənistan və Azərbaycan arasında sülhun əldə olunması, Zəngəzur dəhlizinin Tramp sülh yolu açılması və ABŞ şirkətinin ona 99 il müddətinə nəzarəti təbii ki, Azərbaycanın milli maraqlarının və strateji hədəflərinin həyata keçməsi imkanı ilə yanaşı, ABŞ-ın siyasi və iqtisadi rəqibləri Rusiya, İran və Çin ilə mübarizədə çox əhəmiyətli nəticədir. Bəli, siyasət də elə budur: yaranmış imkandan, maqların üst-üstə düşməsindən maksimal şəkildə istifadə etmək”.

Ekspert hesab edir ki, Azərbaycan və Ermənistan Xarici işlər nazirliyinin ATƏT-in Minsk qrupunun ləğvi ilə bağlı birgə müraciəti də yekun olaraq Qarabağ adı ilə bağlı problemlə Cənubi Qafqaza müdaxilə imkanlarının qapadılmasıdır:

“Vaşinqtonda Donald Trampın İlham Əliyevin önündə 1992-ci ildə erməni lobbisinin gücü ilə ABŞ Konqresinin Azadlığa dəstək haqqında akta əlavə edilən və Azərbaycana ABŞ-nin birbaşa dövlət yardımını qadağan edən 907-ci düzəlişi ləğv etməsi əslində, Azərbaycanın Cənubi Qafqazda 2020-ci il və 2023-cü illərdə ancaq öz hesabına yaratdığı və qəbul etdirdiyi reallıqdan sonra əhəmiyyətsiz bir sənəd olsa da, ancaq ABŞ və Azərbaycan münasubıtlərin normallaşmasına bir psixaloji maneə idi. Heç şübhəsiz ki, bu düzəliş 33 il ABŞ tərəfindən də Azərbaycana qarşı bir təsir, Ermənistana isə yardım imkanları verib.

Azərbaycan prezidenti İlham Əliyevin ABŞ səfəri və məlum görüşündə "Azərbaycan Respublikası və Amerika Birləşmiş Ştatları arasında strateji tərəfdaşlığa dair xartiyanın inkişaf etdirilməsi məqsədilə Strateji İşçi Qrupunun yaradılması haqqında Azərbaycan Respublikası Hökuməti və Amerika Birləşmiş Ştatları Hökuməti arasında Anlaşma Memorandumu” imzalanıb. Təbii ki, iki dövlət arasında strateji tərəfdaşlıq xartiyasının imzalanması 907-ci düzəlişin mövcudluğunda mümkün deyildi. ABŞ və Azərbaycan arasında imzalanan memorandum Ermənistan və Azərbaycan arasında əldə edilən razılaşmanın və Zəngəzur dəhlizinin (Tramp sülh yolu) açılmasına ona nəzarətin təmini üçün bir zəmanətdir. Xüsusən də Ermənistan kontekstindən İranın "qırmızı xəttinə", Rusiyanın qol gücünə qarşı. Qeyd edək ki, Ermənistan da keçən il Bayden hakimiyyəti zamanı ABŞ la analoji saziş imzalayıb.

V.Dadaşov vurğulayıb ki, Azərbaycan prezidentinin ABŞ səfərindın əldə edilən hərbi-siyasi nəticələr ancaq Azərbaycanın öz uğurudur. Onun sözlərinə görə, Donald Trampın Azərbaycana və şəxsən İlham Əliyevə simpatiyasının əsasında təbii ki, prezident İlham Əliyevin güclü strateq və müdrük siyasəti, siyasi iradəsi, uzaqgörənliyi durur. Ekspertin fikrincə, Azərbaycanın və prezident İlham Əliyevin ABŞ-da prezident seçkilərində Donald Trampa dəstək verməsi də indiki ABŞ uğurunun əsasında olan şərtlərdəndir.

Ekspert hesab edir ki, Rusiyanın Ermənistanın mövcud hakimiyyətinə qarşı və Vaşinqtonda imzalanmış razılaşmaların pozulmasına yönəlik təxribatları mümkündür:

“Ancaq Trampın hakimiyyəti dövründə bu təxribatların nəticəsiz qalma ehtimalı yüksəkdir. Əgər Rusiya Ermənistanda hakimiyət dəyişikliyi edə bilsə və rus meyilli qüvvələr hakimiyətə gəlsə də ABŞ-ın Zəngəzur dəhlizindən (Tramp sülh yolu) və razılaşmadan imtinası mümkün deyil. Əgər Paşinyan hakimiyyətdən gedərsə Ermənistan üçün ən pis variant isə Zəngəzur dəhlizinin Ermənistan hakimiyyətindən asılı olmayaraq fəaliyətinin müstəqil davam etdirməsidir”.

Seçilən
47
50
hafta.az

10Mənbələr