AZ

Şəkidə 5 otaqlı evdə yanğın olub

Apa.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Şəkidə 5 otaqlı fərdi yaşayış evində yanğın olub.

APA-nın şimal-qərb bürosunun məlumatına görə, bu gün rayonun Qoxmuq kəndində, kənd sakini Habil Abdullayevə məxsus, ümumi sahəsi 120 kv/m olan kürsülü birmərtəbəli 5 otaqdan ibarət fərdi yaşayış evində yanğın olub.

Yanğın nəticəsində evin çardaq hissəsinin 60 kv/m-lik sahəsinin yanar konstruksiyaları yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın zamanı xəsarət alan olmayıb. Yanğının söndürülməsi üçün əraziyə Şəki rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikası və şəxsi heyəti cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
18
4
apa.az

5Mənbələr