"Gürcüstan Azərbaycan və Ermənistan, eləcə də region və bütün dünya üçün tarixi olan bu anı alqışlayır".
Milli.Az xəbər verir ki, bu sözləri Gürcüstanın Baş naziri İrakli Kobaxidze "X" hesabında yazıb.
"Vaşinqtonda sülh sazişinin imzalanmasına görə ABŞ lideri Donald Tramp, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanı təbrik edirəm. Gürcüstan hər zaman regionda sülh və əməkdaşlığın lehinə çıxış edib və bunu qətiyyətlə dəstəkləməyə davam edəcək".
Milli.Az