
Ermənistan “Tramp marşrutu” dəhlizinin inkişafı üçün ABŞ ilə əməkdaşlıq müqaviləsi imzalayıb.
Yeniavaz.com xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp bu barədə Vaşinqtonda Azərbaycan və Ermənistan liderləri ilə üçtərəfli görüşdə bildirib.
“Ermənistan bu dəhlizlə bağlı ABŞ ilə əməkdaşlığı 99 il müddətinə razılaşıb və gələcəkdə bu müddət uzadılacaq”, - Tramp qeyd edib.
Onun sözlərinə görə, ABŞ şirkətləri həmin əraziyə getməyi və orada infrastruktur layihələri həyata keçirməyi planlaşdırırlar.