AZ

Yeddi ayda neçə nəfərə əlillik təyin olunub?

Yazını böyüt
Yazını kiçilt

Bu ilin yanvar-iyul ayları ərzində 32.6 min şəxsə əlillik təyin edilib.

Hafta.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.

Bildirilib ki, onlardan 14.5 min şəxsə ilkin, 18.1 min şəxsə isə təkrar əlillik təyinatı aparılıb. Əlilliyin qiymətləndirilməsi elektron sistem üzərindən, səhiyyə müəssisəsinin e-sistemə daxil etdiyi göndərişlərdəki məlumatlar əsasında həyata keçirilir.

Qeyd edək ki, əlillik təyinatından sonra e-sistem üzərindən əlilliyə görə proaktiv qaydada sosial ödənişlər təyin edilir.

Seçilən
56
13
hafta.az

10Mənbələr