AZ

“Azərbaycanla Ermənistan arasında unikal saziş Trampın sayəsində imzalanıb” – Tokayev

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev hesab edir ki, Azərbaycan ilə Ermənistan arasında Vaşinqtonda əldə olunan razılaşma mühüm tarixi nailiyyətdir.

KONKRET.az xəbər verir ki, bu fikri Qazaxıstan Prezidentinin mətbuat katibi Ruslan Jeldibay jurnalistlərə müsahibəsində deyib.

Qazaxıstanın dövlət başçısı qeyd edib ki, Vaşinqtonda ABŞ Prezidenti Donald Tramp, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında keçirilən mühüm görüş iki dövlət arasında uzunmüddətli hərbi münaqişəyə son qoyub, diplomatik münasibətlərin qurulmasına və davamlı sülhə əsaslanan əməkdaşlığın inkişafına yol açıb.

Kasım-Jomart Tokayevin sözlərinə görə, Azərbaycan ilə Ermənistan arasında unikal sazişin imzalanması iki ölkənin liderlərini tam siyasi iradə və strateji uzaqgörənlik nümayiş etdirməyə inandıra bilən ABŞ Prezidenti Donald Trampın enerjili və səmərəli vasitəçilik missiyası sayəsində mümkün olub.

Prezident Kasım-Jomart Tokayev qeyd edib ki, Qazaxıstan da sülh müqaviləsinin əsas parametrləri üzrə xarici işlər nazirləri səviyyəsində danışıqların keçiriləcəyi məkan kimi Almatı şəhərini təklif etməklə Azərbaycan ilə Ermənistan arasında belə mühüm razılaşmaların əldə olunmasına öz töhfəsini verib.

Seçilən
84
15
konkret.az

10Mənbələr