AZ

Sandu Azərbaycanı belə təbrik etdi

Moldova Prezidenti Maya Sandu Azərbaycan və Ermənistanı sülh müqaviləsinin paraflanması münasibətilə təbrik edib.

Avtosfer.az xəbər verir ki, o bu barədə sosial şəbəkə hesabında yazıb.

“Ermənistan və Azərbaycan arasında razılaşma onilliklər boyu davam edən düşmənçiliyə son qoymaq yolunda mühüm mərhələdir. Biz hər iki tərəfi, Azərbaycan Prezidenti İlham Əliyevi, Ermənistanın Baş naziri Nikol Paşinyanı, eləcə də ABŞ Prezidenti Donald Trampı regionda sülh, barışıq və firavanlığa yol açmağa kömək etdiklərinə görə təbrik edirik”, - Sandu bildirib.

Xatırladaq ki, dünən Vaşinqtonda üçtərəfli görüş keçirilib. “Sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında” Sazişin mətni paraflanıb.

Seçilən
63
14
avtosfer.az

10Mənbələr