Rusiyanın Başqırdıstan Respublikasında “Başkirskaya sodovaya kampaniya” ASC-nin “Kaustik” istehsalat sahəsində partlayış baş verib...
“Report” “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə “Başkirskaya sodovaya kompaniya”sının mətbuat xidməti məlumat yayıb.
“Vinilxlorid-polivinilxlorid (VCh-PVC) kompleksində planlı dayandırma işlərinə hazırlıq zamanı piroliz qazının nəql edildiyi texnoloji boru kəmərində qaynaq tikişi boyunca hermetiklik pozulması baş verib”, - məlumatda deyilir.
Mətbuat xidmətindən verilən məlumata görə, hadisə zamanı yaxınlıqda işləyən zərərçəkənlərin hamısına yerindəcə lazımi operativ köməklik göstərilib və onlar dərhal ixtisaslaşmış tibb müəssisələrinə çatdırılıb.
Ölən olmayıb.
***
Rusiyanın Başqırdıstan Respublikasında “Başkirskaya sodovaya kampaniya” ASC-nin “Kaustik” istehsalat sahəsində partlayış baş verib.
“Report” “İnterfaks”a istinadən xəbər verir ki, Sterlitamak şəhərində kərpicdən tikilmiş binada qaz-hava qarışığı sonradan yanma olmadan partlayıb.
Rusiya Səhiyyə Nazirliyindən bildirilib ki, baş vermiş insident nəticəsində 27 nəfər xəstəxanaya yerləşdirilib, onlardan 21-i reanimasiya və intensiv terapiya bölmələrindədir.
Poliqon.info