AZ

Britaniyalı turist toyuq ətindən zəhərlənərək ölüb

Britaniyalı turist Lesli Qrin Kanar adalarında hər şey daxil oteldə qidadan zəhərlənərək ölüb.

Qaziler.az xəbər verir ki, bu barədə “Manchester Evening News” məlumat yayıb.

70 yaşlı kişi yubileyini Fuerteventura adasında qeyd edib, otelin restoranında yemək yeyirmiş.

İki həftəlik tətildən sonra Lesli özünü çox pis hiss etməyə başlayıb və qida zəhərlənməsi ilə xəstəxanaya yerləşdirilib. Həkimlər bir aya yaxın müddət ərzində xəstənin həyatı üçün mübarizə aparsalar da, salmonellanın yaratdığı fəsadlar ölümcül olub.

Mərhumun həyat yoldaşı Culi bildirib ki, onlar bütün səfərləri boyu yalnız oteldə yemək yeyiblər. Bir gün onlar karbonara makaronlarında az bişmiş toyuqla qarşılaşıblar. O, həmçinin sanitar normaların pozulmasından, otel işçilərinin həmişə əllərini yumamalarından, təzə hazırlanmış qidalarla, qalıq qidaların qarışdırılaraq verilməsindən şikayətlənib.

QAZİLER.AZ

Seçilən
37
20
qaziler.az

10Mənbələr