Azərbaycan karateçisi İrina Zaretska (68 kq) Çinin Çenqdu şəhərində keçirilən Dünya Oyunlarında gümüş medal qazanıb.
Azərbaycan Karate Federasiyasından 90deqiqe.Az-a verilən məlumata görə, idmançı finalda İsveçrə təmsilçisi Elena Quirici ilə qarşılaşıb.
Həlledici görüşdə məğlub olan İ.Zaretska fəxri kürsünün ikinci pilləsinə yüksəlib.
***
Azərbaycan karateçisi İrina Zaretska (68 kq) Çinin Çenqdu şəhərində keçirilən Dünya Oyunlarında növbəti uğuruna imza atıb.
Azərbaycan Karate Federasiyasından 90deqiqe.Az-a verilən məlumata görə, idmançı finala vəsiqə qazanıb.
Qeyd edək ki, həlledici görüşdə İ.Zaretskanın rəqibi İsveçrə təmsilçisi Elena Quirici olacaq.