AZ

Maksim Prevo: Azərbaycan və Ermənistan liderlərinin cəsarətini yüksək qiymətləndirirəm

Davamlı sülh təkcə Azərbaycan və Ermənistanın sabitliyi və firavanlığı üçün deyil, həm də bütün Cənubi Qafqaz regionu üçün lazımdır... 

“Report”un Avropa bürosunun məlumatına görə, bunu Belçikanın xarici işlər naziri Maksim Prevo deyib.

Prezident Əliyevin (Azərbaycan Prezidenti İlham Əliyev - red.) və Baş nazir Paşinyanın (Ermənistanın Baş naziri Nikol Paşinyan - red.) cəsarətini və liderliyini hörmətlə qarşılayır və yüksək qiymətləndirirəm. Bu razılaşmanın əldə olunmasında ABŞ-nin konstruktiv rolunu da qeyd etmək lazımdır”, - o sosial şəbəkələrdə yazıb.

Belçika Avropa İttifaqı ilə birlikdə iki ölkə arasında münasibətlərin normallaşdırılmasına və razılaşdırılmış addımların sürətli və vicdanla həyata keçirilməsinə sadiq qaldığını bildirib.
Qeyd edək ki, AzərbaycanErmənistan xarici işlər nazirləri avqustun 8-də Vaşinqtonda “Sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında” sazişi paraflayıblar.

Poliqon.info

Seçilən
73
4
poliqon.info

10Mənbələr