Ajans.az Unikal-a istinadən xəbər verir ki,hərəkətdə olan "VAZ" markalı minik maşını idarəetmədən çıxıb. Nəticədə avtomobil təmir sexinə, daha sonra təmirdə olan minik maşına çırpılıb. Qəza zamanı 3 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Xəsarət alanlar 1996-ci il təvəllüdlü T.İbrahimov, 2002-ci il təvəllüdlü K.Mehdizadə və 1992-ci il təvəllüdlü M.Həsənlidir. Hadisə yerinə DYP əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır.