Bakı. Trend:
Ötən mövsüm icarə əsasında "Fənərbaxça"da çıxış etmiş AllanSen-Maksimenin yeni klubu müəyyənləşib.
Trend xəbər verir ki, bubarədə xarici KİV-lər məlumat yayıb.
Məlumata görə, fransalı vinger karyerasını Meksikada davametdirəcək. Sen-Maksimen "Amerika" klubu ilə anlaşıb. 28 yaşlıfutbolçu artıq Meksikadadır.
"Amerika" təcrübəli oyunçu üçün onun müqavilə ilə məxsus olduğuSəudiyyə Ərəbistanı təmsilçisi "Əl-Əhli"yə 12 milyon dollartəzminat ödəyəcək.