AZ

"Çelsi" Nikolas Ceksonu "Arsenal"a təklif edib

Seneqallı hücumçu Nikolas Cekson "Çelsi"dən "Arsenal"a keçən futbolçular siyahısına daxil ola bilərdi.

90deqiqe.Az-ın "CaughtOffside"yə istinadən məlumatına görə, bu dəfə həmin ssenari gerçəkləşməyəcək.

"Çelsi" 24 yaşlı forvardın transferini "Arsenal"a təklif etsə də, "topçular" maraq göstərməyib.

Hazırda Ceksonun əsas potensial alıcıları kimi "Nyukasl" və "Aston Villa" göstərilir.

Transfermarkt futbolçunun bazar dəyərini 50 milyon avro olaraq qiymətləndirir. Ceksonun "Çelsi" ilə müqaviləsi 2033-cü ilə qədər qüvvədədir. Bu yay "Arsenal" artıq hücum xəttini "Sportinq"dən Viktor Qyökereslə gücləndirib.

Seçilən
52
90deqiqe.az

1Mənbələr