AZ

Bu gün Bakının 548 küçəsi yuyulub - FOTO - YENİLƏNİB

Avqustun 9-da Bakı şəhər kommunal xidmətləri tərəfindən paytaxtda növbəti dəfə həyata keçirilən genişmiqyaslı təmizlik işləri çərçivəsində küçə və yol kənarlarına, həyət və məhəllələrə yayılan tozun təmizlənməsi, mövcud yaşıllıqlara qulluq göstərilməsi həyata keçirilib.

Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən verilən məlumata görə, səhər saatlarından etibarən Bakı Şəhər İcra Hakimiyyətinin kommunal təsərrüfat xidmətlərinin texnikası tərəfindən şəhərin 548 əsas küçə, prospekt və məhəllədaxili yolların yuyucu maddələrlə yuyulması təmin edilib.

Təmizlik işləri Mərkəzi Nəbatat bağında da keçirilib, pakdakı ağac və yaşıllıqlara aqrotexniki qulluq göstərilib.

***

12:06

Yay mövsümündə paytaxtın sanitar-təmizlik vəziyyətinin daha da yüksəldilməsi məqsədilə Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən avqustun 9-da paytaxtda təmizlik işləri aparılıb.

Bu barədə APA-ya Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən məlumat verilib.

Bildilib ki, son vaxtlarda havaların kəskin isti keçməsi ilə əlaqədar Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyi əməkdaşları tərəfindən yol və prospektlərin kənarlarındakı ağacların və yaşıllıqların yuyulması, onlara aqrotexniki qulluq göstərilməsi də həyata keçirilib. Qabaqlayıcı tədbirlər olaraq xəstə ağaclar götürülüb. Bütün bunlar isti havalarda yaşıllıqların qurumasının qarşısını alır.

Qeyd olunub ki, isti havaları nəzərə alaraq, Mərkəzi Nəbatat Bağında iməcilik tədbirləri həyata keçirilib: "Burada ağaclara aqrotexniki qulluq göstərilib, qurumuş budaqlar kəsilib, ağacların dibi bellənib. Ümumi istifadə olan yollar yuyulub, təmizlik işləri həyata keçirilib".

Bakı Şəhər İcra Hakimiyyəti Kommunal təsərrüfat xidmətlərinin texnikası səhər saatlarından başlayaraq bitki və canlılara zərər verməyən yuyucu maddələrlə əsas küçə və prospektlərin yuyulmasını aparıb. Bu zaman həm də məhəllədaxili və ara yollar da yuyulub. Həmçinin prospekt və küçələrin, səki kənarlarının, bordürlərin və buradakı işıq dirəklərinin, məhəccərlərin, park və istirahət yerlərində oturacaqların yuyulması həyata keçirilib, həyət və yaşayış məhəllələrində təmizlik işləri görülüb. İctimai-iaşə, ticarət və digər obyektlərin vitrinləri təmizlənib, ətrafında səliqə-sahman işləri aparılıb.

Məlumata əsasən, cari işlər çərçivəsində bağ ərazisində ağaclarda yayıla biləcək müxtəlif xəstəliklər, inseksid və funqisidlərə qarşı mütamadi olaraq dezinfeksiya işləri aparılmaqdadır. İstifadə olunan dezinfeksiya məhlullarının insan sağlamlığına heç bir zərəri yoxdur.

Bu Bu Bu Bu Bu Bu Bu Bu Bu Bu Bu Bu Bu Bu Bu Bu Bu Bu Bu
Seçilən
55
7
apa.az

10Mənbələr