AZ

Dayanıqlı Sülhə çoxtərəfli müəlliflik onun ən böyük zəmanəti kimi çıxış edir - Komitə sədri

Bakı. Trend:

Dayanıqlı Sülhə çoxtərəfli müəlliflik onun ən böyük zəmanətikimi çıxış edir. Digər bir vacib məsələ Azərbaycan RespublikasınınPrezidenti İlham Əliyevin Liderliyi ilə əldə edilmiş Böyük ZəfərinDayanıqlı Sülhün də qazanılması üçün əsas olduğu Vaşinqton SülhPlatformasının bu sülhün yalnız regionumuz deyil, həmçinin qlobalmiqyasda daha çox əhəmiyyət kəsb etməsini bir daha vurğulamasıdır.

Trend xəbər verir ki, bu fikirləri Ailə Qadınvə Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova özsosial şəbəkə hesabında yazıb.

O bildirib ki, Vaşinqton görüşündə diqqəti çəkən əsasməqamlardan biri Azərbaycan Prezidenti İlham Əliyev ilə ABŞPrezidenti Donald Trampın bir sıra fundamental dəyərlərdə ortaqmövqedə olması idi:

"Hər iki lider ailə institutunu yalnız milli kimliyin deyil, həmdə sosial dayanıqlığın əsas sütunu kimi görür. Onlar üçün ailədəyərlərinin qorunması, gənclərin sağlam mühitdə yetişməsi və uşaqhüquqlarının təmin olunması, dövlətin gələcəyinə yönəlmiş stratejisiyasətin ayrılmaz hissəsidir.

Donald Trampın öz siyasi baxışlarında ailə institutunungüclənməsini və müharibələrin əleyhinə mövqeyi yüksək tutması,Prezident İlham Əliyevin də siyasi prioritetləri ilə üst-üstədüşür. Hər iki lider anlayır ki, insan amilinin inkişafı, təhsildənsosial müdafiəyə qədər bütün sahələrdə ailənin güclənməsi ilə sıxbağlıdır.

Azərbaycanın multikultural dəyərlərin qorunmasına, sosialrifahın artırılmasına və post-münaqişə dövründə ailələrin bərpasınaverdiyi önəm, ABŞ-ın da dəstəklədiyi universal humanitarprinsiplərlə harmoniya təşkil edir".

Onun sözlərinə görə, geosiyasi və təhlükəsizlik baxımındanQafqaz regionu tarixən böyük güclərin maraqlarının kəsişdiyistrateji məkandır.

"Burada davamlı sülhün yaradılması yalnız regional liderlərindeyil, həm də beynəlxalq tərəfdaşların aktiv əməkdaşlığını tələbedir. Vaşinqton görüşündə Prezident İlham Əliyev və Donald Trampınortaya qoyduğu ortaq mövqe, təhlükəsizlik arxitekturasının yalnızçoxtərəfli siyasi zəmanətlə möhkəmlənə biləcəyini göstərdi.Zəngəzur dəhlizinin açılması perspektivi bu kontekstdə xüsusi yertutur. Bu layihə təkcə iqtisadi əlaqələri genişləndirməyəcək, həmdə regionda sabitliyi gücləndirəcək. ABŞ-ın siyasi dəstəyi,dəhlizin qlobal ticarət xəritəsində strateji mövqeyə sahib olmasınıtəmin edəcəkdir.

Diplomatik və beynəlxalq münasibətlər kontekstində isəVaşinqtonda əldə olunan razılaşma, sülh prosesinin yalnız ikitərəfin deyil, çoxtərəfli siyasi iradənin məhsulu olduğunu bütündünyaya göstərdi. Prezident İlham Əliyevin qətiyyəti və DonaldTrampın diplomatik çəkisi, “lider-lider” sinerjisinin realnümunəsinə çevrildi. Bu yanaşma göstərdi ki, sülhün davamlılığıüçün təkcə region dövlətlərinin razılığı kifayət deyil — qlobalgüclərin də siyasi zəmanəti vacibdir.

ABŞ-nin iştirakı, Azərbaycanın mövqeyinin beynəlxalq hüquqa tamuyğun olduğunu və ədalətli sülhün təmininə yönəldiyini təsdiqlədi.Bu, həm də regiondakı sülhün qlobal siyasi sabitliyəinteqrasiyasını təmin edən amil kimi çıxış edir", - komitə sədriəlavə edib.

O qeyd edib ki, strateji tərəqqi və İnsan kapitalının inkişafıməsələsi Azərbaycanın uzunmüddətli inkişaf strategiyasının əsasprioritetlərindəndir:

"Odur ki, Vaşinqton razılaşması yalnız hərbi münaqişənin bitməsideyil, həm də yeni iqtisadi imkanlar, texnoloji əməkdaşlıq vətəhsil layihələri deməkdir. ABŞ-nin texnoloji və innovativpotensialı ilə Azərbaycanın gənc və dinamik insan kapitalınınsinerjisi, post-münaqişə dövründə ölkənin sürətli inkişafına zəminyaradacaqdır.

Zəngəzur dəhlizinin istifadəyə verilməsi həmçinin regiongənclərinin əmək bazarına çıxış imkanlarını genişləndirəcək, yenibiznes və startap ekosistemlərinin yaranmasına şərait yaradacaq.Donald Trampın bu layihəyə verdiyi dəstək, onu təkcə iqtisadideyil, həm də sülhün möhkəmləndirilməsinə yönəldilmiş qlobaltəşəbbüs kimi dəyərləndirməyə imkan verir.

Vaşinqton görüşü, Azərbaycanın müstəqil siyasətinin, Prezidentİlham Əliyevin prinsipial liderliyinin və Donald Trampın diplomatikçəkisinin birləşərək, həm regional, həm də qlobal miqyasda sülhünbünövrəsini yaratdığını sübut etdi. Hazırda Dayanıqlı Sülhəçoxtərəfli müəlliflik onun ən böyük zəmanəti kimi çıxış edir".

Seçilən
52
5
az.trend.az

10Mənbələr